Müğənninin helikopter qiymətindəki üzüyü

Diva tək daşının dəyərini açıqlayıb.
Bülənt Ərsoyun helikopter üzüyü
Bülənt Ərsoyun helikopter üzüyü

Məşhur türkiyəli müğənni Bülənt Ersoyun üzüyünün qiyməti hər kəsi təəccübləndirib. ANS PRESS-in məlumatına görə, Kəmər Bələdiyyəsi tərəfindən təşkil edilən 13-cü Qızıl Nar Mədəniyyət və Sənət Festivalına qatılan müğənni jurnalistlərin suallarını cavablandırıb.

Daim istifadə etdiyi qiymətli zinət əşyaları ilə seçilən Bülənt Ersoy "təkqaş üzüyüm bir helikopter dəyərindədir.

Yəni bir əlimdə helikopter var. Digər sarı brilyantın isə qiymətini bilmirəm" - deyə bildirib.

O, barəsində danışdığı üzüyü Ramazan bayramı günlərində xüsusi sifarişlə hazırladıb. İfaçı sifarişini zərgərlik mağazasından almağa gedərkən kameraların obyektivinə düşmüşdü. Brilyantdan olan dəst üçün o, azı iki evin pulunu ödəyib - 95 min dollar.

Bülənt Ərsoyun üzükləri
Bülənt Ərsoyun üzükləri

Üzük, sırğa və boyunbağından olan dəst sarı brilyantdan, ağ qızıldan hazırlanıb.

Diva alış-verişdən öncə sifarişini uzun müddət incələyib. Daha sonra isə bahalı dəstini taxaraq lüks avtobusuna minərək evinə qayıdıb. 

B.Ersoy dəbdəbəli və bahalı zinət əşyaları ilə hər zaman fərqlənib. Onun ekstravaqant tərzi özünü daş-qaş seçimində də göstərir. Bəzən o aldığı əşyanın başqasında olmaması üçün radikal addımlar atması ilə də seçilir. Məsələn, geyimlərini və ya zinət əşyalarını ya özəl hazırlatdırır, ya da mağazada olan bütün nüsxələrini alır. 

 

Şərhlər