Milyarder şeyxlərin manikenlərlə lüks Bodrum tətili

Şahzadələr yemək yedikləri restoranda min dollar bəxşiş qoyublar.
Ərəb şahzadələr Bodrumda
Ərəb şahzadələr Bodrumda

Ərəb şahzadəsi Türkiyə sahillərində lüks yaxtada manikenlərlə əylənib. ANS PRESS-in məlumatına görə, şahzadənin yaxtası Bodrum sahillərində görünüb.

Lüks “Solandge” yaxtası ingilis bayrağı altında üzüb. Türkiyə mətbuatının məlumatına görə, yaxtada Səudiyyə Ərəbistanı şahzadəsi Navaf Əl Saud və iki oğlu olub. Şahzadəyə tətildə yoldaşlıq edənlərdən biri də Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Məhəmməd Bin Salman olub. 

Ərəb milyarderlərlə yanaşı, 10-a yaxın manikendə olub. Onlar gün ərzində su idman növləri ilə məşğul olub, çalıb oxuyublar. 

Təhlükəsizlik tədbirlərinin  yüksək səviyyədə görüldüyü, özəl mühafizə xidməti ilə Türkiyə polisinin də qoruduğu yaxtaya heç kim yaxın buraxılmayıb.

Şahzadələr axşam yeməyini Yalıkavak məhəlləsində, lüks restoranlardan birində ediblər.  Ərəb milyarderlər Bodrumdan sonra Yunanıstana yola düşüblər.

 

Şərhlər