Kirkorov və Timati Bakıda barışdı

"İsti günlər"in qonaqları arasında buzları əridən isə Qriqori Leps olub.
Timati və Filipp Kirkorov
Timati və Filipp Kirkorov

Bakıda keçirilən “İsti günlər” Beynəlxalq Musiqi Festivalında uzun müddətdir incik olan Rusiyanın iki məşhur müğənnisi barışıb. ANS PRESS-in məlumatına görə, söhbət TimatiFilipp Kirkorovdan gedir.

49 yaşlı pop-kral Filipp Kirkorovla 32 yaşlı "Black star" ləqəbli ulduz Timati arasında uzun illərdir inciklik yaşanıb. Amma bu münaqişəyə Bakıda keçirilən festivalda səhnə arxasında rusiyalı artist Qriqori Leps son qoydu. O, hər iki müğənninin barışmasına nail ola bilib. 

"Sizə dostum Timatini təqdim etmək istəyirəm", - deyə Leps Timatini Kirkorova göstərərək deyib. Kirkorov isə cavabında: "Tanışlığa çox şad oldum", - deyib.  

Daha sonra Timati pop-krala əl uzadıb, Kirkorov isə onun əlini sıxıb. Bunun la da onlar arasında buzlar əriyib. 

İki məşhur arasında münaqişə 2012-ci ildən başlayıb. Buna səbəb isə hər iki artistin sosial şəbəkələrdən birində yazışmaları olub. Timati bu yazışmaları ictimailəşdirmişdi. Daha sonra media bu yazışmaları müzakirəyə çıxarıb və o zaman Kirkorov Timatidən incidiyini bildirib.

Məsələ geniş yayıldıqdan sonra sanki Rusiya şou-biznesi iki hissəyə ayrılıb- Timati və Kirkorov tərəfdarları. Onların arasındakı münasibətin pisləşməsinin pik nöqtəsi isə Timatinin pop-kral haqqında oxuduğu "Davay, dosvidaniya" mahnısı olub. 

İyulun 9-da Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində “İsti günlər” Beynəlxalq Musiqi Festivalı başlayıb. 

Festivalın iştirakçıları sırasında Stas Mixaylov, Vladimir Presnyakov, Ani Lorak, Qriqori Leps, Leonid Aqutin, Anna Sedokova, Denis Klyaver, “Arsenium”, Mitya Fomin, Bahhtee, “The Jiggits”, habelə digər nüfuzlu ifaçılar və qruplar da yer alıb. 

“İsti günlər”in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

 

Şərhlər