Dünyanın ən məşhur cütlüyü qızlarına ad günü keçirdi

Beş yaşlı qıza sosial şəbəkədən duyğulandıran təbrik.
Devid Bekham və Viktoriya Bekham ailəsi
Devid Bekham və Viktoriya Bekham ailəsi

Dünyanın ən məşhur cütlüklərindən biri hesab edilən futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriya qızlarının beş yaşını qeyd ediblər. Bekhem cütlüyü Harper Sevenin ad günü münasibətilə sosial şəbəkədəki səhifələrində duyğusal mesajlar paylaşıblar. ANS PRESS-in məlumatına görə, cütlük kiçik qızları Harper Bekhemın beş yaşını yaxınları ilə birlikdə qeyd edib.

Öz sevincini fanatları ilə bölüşən Devid Bekham "İnstagram" səhifəsində Harperin onu öpərkən çəkilmiş şəklini paylaşıb.

İzləyicilər tərəfindən böyük maraqla qarşılanan və çox sayda bəyənilmə toplayan fotoya ata Bekhemın qızına olan sevgisini dilə gətirdiyi sözləri ayrıca bir rəng qatıb.

"Nə yaxşı ki, doğuldun, mənim şirin Harperim. Sənin gəlişinlə ailəmizin xoşbəxtliyi daha da artdı. Sən çox özəl bir qızsan. Biz hər günümüzü sənin kimi özəl biri ilə keçirdiyimiz üçün çox xoşbəxtik".

Viktoriya Bekhem isə qızı ilə birlikdə çəkdirdiyi fotonu "Snapchat"-da paylaşıb. Ana və qızın bu fotosu istifadəçilər tərəfindən rəğbətlə qarşılanıb.

Viktoriya Bekham və qızı Harper Bekham
Viktoriya Bekham və qızı Harper Bekham

Devid və Viktoriya 1999-cu ildə ailə qurublar. Bu evlilikdən onların 4 övladı var - Bruklin, Romeo, Kruz və Harper. 

Bir müddət əvvəl şou dünyasının ən tanınmış cütlüyünün ayrılmaq niyyətində olması barədə xəbərlər yayılmışdı. Buna səbəb isə Viktoriya Bekhemin həyat yoldaşı Devid Bekhemə həsr etdiyi döymələri sildirməsi olmuşdu. 

41 yaşlı britaniyalı dizayner, müğənni, prodüser, bəstəkar, rəqqasə və model döymələri silməsinin səbəbini onun hazırkı nüfuzuna xələl gətirməsi ilə izah edib. Yəni Viktoriya hazırda bizneslə məşğul olan bir qadın kimi bu döymələri özünə yaraşdırmır.

 

Şərhlər