Azərbaycanlı aktrisanın polislər ilə səmimi fotosu

Nəsrin Cavadzadənin fotosu son dövrlər irqçilikdə günahlandırılan polis təşkilatına dəstək kimi qiymətləndirilib.
Nəsrin Cavadzadə - aktrisa
Nəsrin Cavadzadə - aktrisa

Türkiyədə məşhur olan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial şəbəkədə paylaşdığı foto ilə hamını təəcübləndirib. ANS PRESS-in məlumatına görə, aktrisa Nyu-Yorkda üç polis əməkdaşı ilə səmimi şəkil çəkdirib.

N. Cavadzadənin polis əməkdaşları ilə görüntüsü birmənalı qarşılanmayıb. Lakin aktrisanın bu fotosu son dövrlər irqçilikdə günahlandırılan polis təşkilatına dəstək kimi qiymətləndirilib. 

Gonna take you in the room sugar Lock you up and love for days We gonna be rockin baby Till the cops come knockin 🚨🚔🔫

Фото опубликовано Nesrin Cavadzade (@nesrin.cavadzade)

Bir müddət əvvəl Türkiyənin “Kış güneşi” serialında rol alan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə paylaşdığı açıq-saçıq şəkilləri ilə özünə diqqət çəkib. 

Nəsrin Cavadzadə - aktrisa
Nəsrin Cavadzadə - aktrisa

Aktrisa 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Mərmərə Universiteti kino və televiziya fakültəsinin məzunudur. 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya "Qızıl Portağal" film festivalının ən yaxşı aktrisa mükafatına layiq görülüb. 

"Kış Güneşi" serialının anonsu