“Məhəllə”nin Rusikinin toyu oldu (FOTO)

Toyda bir çox tanınmış simalar iştirak edib
Ötən axşam tanınmış aktyor İlham Qasımovun toy mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, mərasim “Ağ saray” şadlıq sarayında baş tutub.

Gecəyə şoumen Murad Dadaşov, aparıcı Tural Əsədov, həyat yoldaşı Gülgün Qurbanova, dicey Fateh və başqaları qatılıb.

Qeyd edək ki, İlham Qasımov “Yuxu” filmində Əliabbas, “Məhəllə”də isə Ruslan obrazını canlandırıb.