Tarkan gecikmiş bal ayında

Meqastar istirahət üçün Egey turuna çıxıb.
Tarkan - müğənni
Tarkan - müğənni

Türkiyənin meqastarı Tarkan gecikmiş bal ayına çıxıb. ANS PRESS-in məlumatına görə, müğənni may ayında ailə qurduğu Pınar Dileklə istirahət üçün elə də uzağa getməyib. Cütlük öz vətənində - Türkiyədə istirahətə başlayıb. 

Müğənni lüks yaxta il Egey dənizi turuna çıxıb. İstanbulda nikah, Berlində toy edən Tarkan və Dilek vaxt azlığı səbəbindən may ayında bal ayına çıxa bilməmişdi. 

Bal ayına çıxan cütlük yaxta ilə yunan adalarına da gediblər. Orada üç gün qaldıqdan sonra Marmarisə qayıdıb. Cütlük öz yaxtalarında paparatsilərin obyektivlərinə tuş gəlib. 

Axşam saatlarında yaxtadan çıxan cütlük şəhərdə şam ediblər. 

Məlumata görə, cütlük Marmarisdən sonra Antalyaya gedəcək. Burada isə Tarkan həm istirahət edəcək, həm də "EXPO 2016" çərcivəsində konsert verəcək.

Tarkan lüks yaxtası ilə bal ayında
Tarkan lüks yaxtası ilə bal ayında
 

Şərhlər