"Kara sevda"nın Nihalı sevgilisinə "hə" dedi

Kadir Doğulu ilə həmkarı Neslihan Atagülün toyu rəngarəng anlarla yadda qalıb.
Neslihan Atagül və Kadir Doğulu
Neslihan Atagül və Kadir Doğulu

Azərbaycanda minlərlə izləyicisi olan Türkiyənin məşhur seriallarından biri "Kara sevda"nın ulduzunun toyu oldu. ANS PRESS-in məlumatına görə, aktyor Kadir Doğulu ilə həmkarı Neslihan Atagülün toyu ötən gün Kanlıcadakı otellərdən birində baş tutub. 

Təmtəraqlı toydan öncə bəy gəlini atası evindən zurna-nağara ilə çıxarıb. Cütlüyün nikahı zamanı rəngarəng anlar yaşanıb. Onlar əvvəlcə yaşadıqları binanın həyətində doyunca rəqs ediblər. 

Nihal kimi məşhurlaşan N.Atagül toyunda iki gəlinlik geyinib. Bəy isə qara və şıq smokinlə göz oxşayıb. Cütlük toydan sonra bal ayı üçün Bodruma yola düşüb. 

Kadir Doğulu nikahdan öncə "Instagram" səhifəsindən nişanlısı ilə fotosunu və duyğusal mesaj paylaşıb. 

"Həyatının geri qalanını biri ilə keçirmək istədiyini anladığın zaman hayatının geri qalanının dərhal başlamasını arzu edərsən..."

Çox sevincli olduqları gözdən qaçmayan toy zamanı aktrisa rəsmi nikahın sevgini yox etməyəcəyinə inandığını deyib: "Şanslı bir qadınam, uğruna ölə biləcək qədər çox sevdiyim bir adamla evlənirəm. Kadir də mənim üçün hər şeyi gözə alar". 

İllərdir birlikdə olan cütlük ötən il ailə daxilində baş tutan mərasimdə nişanlanmışdı. 

 

Şərhlər