Emin Ağalarovun Bakıya gətirdiyi məşhur heyran qaldı

Bakıya gələn məşhur müğənniləri milli geyimli rəqqaslar qarşılayıblar.
"Jara" festivalından görüntü
"Jara" festivalından görüntü

Yay mövsümünün ən hərarətli hadisəsinə 1 gün qalıb. ANS PRESS-in məlumatına görə, “Sea Breeze”də, Xəzər dənizinin sahilində “İsti günlər” ("Jara") Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda iştirak edəcək Rusiya estradasının ulduzları artıq Bakıdadırlar.

Məşhur ifaçılar sosial şəbəkədə Bakının qonaqpərvərliyindən heyran olduqlarını da gizlətməyiblər. Bakıya təşrif gətirən qonaqlar rəqqaslar tərəfindən milli rəqs musiqi sədaları altında qarşılanıblar. Bəzi ifaçılar hətta rəqqaslara qoşularaq oynamaqdan belə çəkinməyiblər. 

Məşhur ifaçı Anita Tsoy instaqram hesabında belə yazıb: "Qonaqpərvər Bakı saat 06:00-da". İfaçı festivalın təşkilatçısı Emin Ağalarova da təşəkkür edib. 

Festival tamaşaçıları məşhur artistlərin sayı ilə heyrətləndirəcək. Festivalda Qriqori Leps, Polad Bülbüloğlu, Filip Kirkorov, Stas Mixaylov, Polina Qaqarina, Vladimir Presnyakov, Nyuşa, Leonid Aqutin, Sergey Lazarev, Timati, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, EMIN, Aleksey Vorobyov, MBAND, Potap və Nastya, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli, Burito, A-DESSA, Ciqan, Svetlana Loboda, Yeva Polna, N`everqrin, Vlad Sokolovski, Yulianna Karaulova və bir çox digər artistlər iştirak edəcəklər.

“İsti günlər”in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festivalın qonaqlarını iki gün ərzində Rusiyanın ən yaxşı artistlərinin parlaq nömrələri, möhtəşəm qırmızı cığır, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayırlar. “İsti günlər” festivalı elə planlaşdırılıb ki, aparıcılar həm səhnədə, həm də zalda gəzişəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar. Festival həm AzTV (birbaşa), həm də Rusiyanın Birinci kanalı ilə yayımlanacaq.

“İsti günlər” Beynəlxalq Musiqi Festivalı hər il keçiriləcək. Əgər builki proqram iki gün üçün nəzərdə tutulubsa, gələn il artıq üç-dörd gün çəkəcək, artistlərin və çıxışların sayı da artacaq.

Emin Ağalarovun sözlərinə görə,  bu festival musiqi həyatında, həqiqətən, əlamətdar hadisəyə çevriləcək. "Mənə çox xoşdur ki, “İsti günlər” festivalı doğma Bakı şəhərində keçiriləcək.

 

Şərhlər