Tarkan oxudu, həyat yoldaşı oynadı

Meqastar öz toyundan yeni fotolar paylaşıb.
Tarkanın toyundan foto
Tarkanın toyundan foto

Türkiyənin meqastarı Tarkan mayın 6-da Almaniyada baş tutan toyundan yeni fotolar yayıb. Müğənni sürpriz toyundan fotoları özünün "Twitter" səhifəsində paylaşıb. ANS PRESS-in məlumatına görə, şəkillərdən də cütlüyün toyda birlikdə oxuyub-oynadıqları, dostları ilə birgə əyləndikləri görünür. 

Tarkan həyat yoldaşı üçün mahnı da ifa edib. P.Dilek isə ərini rəqsi ilə müşayiət edib.  

Toy mərasimi Almaniyanın Köln şəhərində tarixi mülklərdən birində olub. Mərasimdə 100-ə yaxın qonaq iştirak edib. Paltarı ilə göz qamaşdıran Pınar Dileyin gəlinlik donu İspaniyadan sifariş verilib. Tarkanın smokinqini məşhur modelyer Xədicə Gökçe tikib.

Bir neçə gün öncə baş tutan toydan ilk fotoları cütlük özü yaymışdı. Fotoqrafın lentə aldığı standart fotolar toydan öncə çəkilmişdi. 

Reyn çayı sahilində baş tutan toy barəsində maraqlı təfərrüatlar həftəsonu üzə çıxıb. Mərasimdə iştirak edən qonaqlara foto çəkərək sosial şəbəkələrdə paylaşmaq qadağası qoyulub.

Cütlük  toy məkanına şüşələri qara pərdə ilə örtülən "Mercedes Vito" avtomobilində gəliblər. Toya dəvət olunmuş qonaqlara xüsusi “Pınar və Tarkan” yazılı dibçək formalı şirniyyatlar verilib.

Cütlük bal ayına iyun ayında çıxacaq. İfaçı konsertləri, turneləri olduğu üçün bal ayını ləngitmək qərarına gəlib.

İfaçı Pınarla 5 il sevgili olub. P.Dilek Almaniyada bir türk ailəsində dünyaya gəlib. Onlar ifaçının konsertlərindən birində tanış olublar. 

 

Şərhlər