İbrahim Tatlısəsdən bayram sürprizi - oxudu

“Bu sizə bayram hədiyyəm olsun”.
İbrahim Tatlısəs
İbrahim Tatlısəs

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs uzun müddət fasilədən sonra yenidən mahnı oxuyub. O, oğlu İdo ilə birlikdə avtomobildə yol gedərkən tıxaca düşüb.  ANS PRESS-in məlumatına görə, ifaçının oğlu İdo atasının zümzümə etdiyi mahnını "İnstagram" səhifəsində paylaşıb. Videonu isə belə şərh edib - “Bu sizə bayram hədiyyəm olsun”.

Ata-bala birlikdə “Anam” mahnısını ifa ediblər.  

Buda size bayram hediyem olsun ✌🏻️✌🏻 öylesine okuyunca böyle oluyor işte 💪🏼💪🏼💪🏼

Видео опубликовано İdo Tatlıses (@idotatlises)

İbrahim Tatlısəs - ərəb və kürd əsilli Türkiyə müğənnisi, bəstəkar, aktyor, televiziya aparıcısı, iş adamıdır. Onun atası ərəb, anası isə kürddür. 

2011-ci il mart ayının 14-də İbrahim Tatlısəs İstanbulda başından güllə yarası alıb. Çəkilişlər başa çatandan sonra avtomobilinə minərkən həmin maşına yaxınlaşan avtomobildən "Kalaşnikov" avtomatı ilə ona atəş açılıb. Güllələrdən biri Tatlısəsin başına dəyib. Müğənni ölümdən dönüb, Türkiyə, Almaniya və ABŞ-da aylarla müalicə almalı olub.

Həkimlər onun həyatını xilas edə bilsələr də, illərdir o oxuya bilmir. İfaçının bədənin sağ tərəfi də qismən iflic olub. 

 

Şərhlər