Azərbaycandan məşhur aktrisaya təbrik

Tuba Büyüküstünün fanatları ad günündə sürpiz ediblər.
Tuba Büyüküstün - aktrisa
Tuba Büyüküstün - aktrisa

Türkiyənin məşhur aktrisası Tuba Büyüküstünün fanatları ad günündə sürpiz ediblər. ANS PRESS-in məlumatına görə, dünyanın müxtəlif ölkələrində sevənləri olan aktrisanı təbrik etmək üçün 34 fərqli ölkədən fanatı bir araya gəlib. Onların hər biri şam üfürərək aktrisanı təbrik edib.

Fanatların arasında azərbaycanlı da var. Videonun 1.59-cu saniyəsində azərbaycanlı xanım “Ad günün mübarəkdir” deyib. 34 yaşı olan T.Büyüküstünün ABŞ, Latın Amerikası, Avropa, Orta Şərq və Şərqi Asiyadan olan fanatları ona arzularını çatdırılıblar.

 

Şərhlər