Bu filmlər milyardlar qazandırdı

Hollivudun ən çox qazandıran ulduzları.
Skarlet Yohansson - aktrisa
Skarlet Yohansson - aktrisa

Məşhur aktrisa Skarlet Yohansson qadınlar arasında Hollivudun ən çox gəlir gətirən aktrisası seçilib. ANS PRESS-in məlumatına görə,  Yohanssonun iştirak etdiyi 37 film Amerika kirayəsində 3,3 milyard dollar qazandırıb. Bu barədə "Box Office Mojo" saytı məlumat yayıb. Skarlet Yohansson ən çox qazananlar siyahısında 10-cu yerdədir.  

Qadınlar arasında ən çox gəlir gətirən ikinci aktrisa isə Kameron Diaz olub. O, ümumi siyahının 19-cu yerində qərarlaşıb.

Hollivudun ən çox gəlir gətirən kişi aktyorları arasında isə Harison Ford zirvədə dayanır. Onun iştirak etdiyi 41 film 4,9 milyard dollar qazandırıb.

Harison Ford - aktyor
Harison Ford - aktyor
Kameron Diaz - aktrisa
Kameron Diaz - aktrisa

Hollivudda ən çox gəlir gətirənlərin siyahısı - ilk onluq

1. Harison Ford (4.9 milyard dollar)
2. Samuel El Cekson (4.6 milyard dollar)
3. Morqan Friman  (4.4 milyard dollar)
4. Tom Henks  (4.3 milyard dollar)
5. Robert Dauni (3.9 milyard dollar)
6. Edi Merfi  (3.8 milyard dollar)
7. Tom Kruz  (3.6 milyard)
8. Coni Dep  (3.4 milyard dollar)
9. Maykl Keyn (3.3 milyard dollar)
10. Skarlet Yohansson (3.3 milyard dollar)

Skarlet Yohanssonun rol aldığı filmlərdən biri - "Captain America: Civil War"