Devid və Viktoriya Bekhemlər toy günlərindən danışdılar

Bu gün cütlüyün toyundan 17 il keçir.
Devid Bekhem və Viktoriya Bekhem
Devid Bekhem və Viktoriya Bekhem

Dünyaca məşhur sabiq futbolçu və model Devid Bekhemin həyat yoldaşı  Viktoriya Bekhem sosial şəbəkədə təsirli yazı yazıb. ANS PRESS-in məlumatına görə, bu gün dünyanın ən məşhur cütlüklərindən olan Devid və Viktoriya Bekhemlərin toyundan 17 il keçir.

"Mən özümü sonsuz dərəcədə sevilən və möhtəşəm hiss edirəm. Mənim ən yaxşı dostum mənim sevgimdir. Məni hər gün ilhamlandıran ən yaxşı kişi... İldönümün mübarək, dünyanın ən yaxşı əri və atası", - Viktoriya "İnstagram" səhifəsində yazıb. “Mançester Yunayted”in əfsanəvi futbolçusu Devid Bekhem isə 17 il əvvəlki toylarından daha bir şəkil paylaşaraq sevgi dolu şərh yazıb. ”17 il... Bizim 4 gözəl uşağımız var və onlar üçün səndən yaxşı ana təsəvvür edə bilməzdim".

Devid və Viktoriya 1999-cu ildə ailə qurublar. Bu evlilikdən onların 4 övladı var. Bunlar Bruklin (16 yaş), Romeo (12 yaş), Kruz (10 yaş) və Harperdir (3 yaş).  Bir müddət əvvəl məlumat yayılıb ki, cütlük ayrılmaq istəyir. Buna səbəb Viktoriya Bekhemin həyat yoldaşı Devid Bekhemə həsr etdiyi döymələri silməsi olub.

41 yaşlı britaniyalı dizayner, müğənni, prodüser, bəstəkar, rəqqasə və model döymələri silməsinin səbəbini onun hazırkı nüfuzuna xələl gətirməsi ilə izah edir. Yəni Viktoriya hazırda bizneslə məşğul olan bir qadın kimi bu döymələri özünə yaraşdırmır.

 

Şərhlər