Türkiyənin məşhur müğənnisi Əmrah üçüncü dəfə ata olacaq. ANS PRESS-in məlumatına görə, iki il əvvəl oğlu Elyasanı qucağına alan ifaçı Əmrahın həyat yoldaşı Sibel Ərdoğan yenə hamilədir.
Körpə növbəti ilin yanvar ayında dünyaya gələcək. Hazırda isə Əmrah və xanımı oğulları ilə birgə tətildədirlər. Onlar Barselona, Lissabon, Amsterdam və Brüsseli gəzdikdən sonra Türkiyəyə dönəcəklər. Dərhal ardından isə Əmrah ATV-də yayımlanacaq yeni serialı üçün hazırlıqlara başlayacaq.
Əmrah müğənni kimi səhnə fəaliyyətinə 1984-cü ildə başlayıb. O, səhnəyə "Ağam-Ağam" albomu ilə qədəm qoyub. Əmrah XX əsin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində Türkiyənin ən məşhur müğənnilərindən, eləcə də aktyorlarından birinə çevrilib.
Ən xəsis şou-biznes nümayəndəsi hesab edilən Əmrah Türkiyədə əmlak kralı kimi tanınır. O, qazancının böyük hissəsini daşınmaz əmlaka yatırır. Əmrahın nikahdan kənar Tayfun adlı bir oğlu da var.