Bu da Eminin Bakıda çəkdiyi klipi

"Mahnı mənim hazırkı daxili dünyamı əks etdirir".
Emin Ağalarov Bakıda yeni klip çəkib
Emin Ağalarov Bakıda yeni klip çəkib

Rusiyanın tanınmış müğənnisi və iş adamı Emin Ağalarov Bakıda çəkdiyi yeni klipini təqdim edib. ANS PRESS-in məlumatına görə, bəstəkar və ifaçı paytaxtın rəmzi yerlərindən biri hesab olunan İçərişəhərdə və Xəzər dənizinin sahilində “Ryadom Prosnutsya” ("Yanında oyanmaq") adlı mahnısına klip çəkib.

"Klipdə heç bir rola girmək məcburiyyətində qalmadım".

Emin klipin süjet xəttində pizza daşıyan “Vespa” markalı motosikleti oğurlayaraq tanış olduğu xanım ilə qaçan adamı canlandırır.

“Mahnı mənim hazırkı daxili dünyamı əks etdirir. Bəzi məqamları nəzərə almasaq, pozitiv emosiyalar əks olunub. Mən də ekran işində bu pozitivliyi görmək istəyirdim. Klip düşündüyümüz kimi – real, pozitiv və çox gözəl alındı. Əsas mövzunun klassik kişi və qadın tanışlığı olmasına baxmayaraq, rejissor onu adi göstərməməyə çalışıb. Çox vaxt çəkilişlər mənim üçün çətin olur. Bu dəfə isə hər şey bir dəfəyə edildi. Klipə çəkilməkdən xoşum gəldi. Çünki heç bir rola girmək məcburiyyətində qalmadım. Özüm oldum və hər şeydən zövq aldım. Kristinaya təşəkkür edirəm, rolunun öhdəsindən uğurla gəldi. Biz onunla ilk dəfə çəkiliş meydançasında görüşdük. Buna baxmayaraq, hər şey təbii alındı”.

Emin - “Ryadom prosnutsa”

Bir müddət əvvəl müğənni çəkiliş zamanı ANS PRESS-in suallarını da cavablandırmışdı. 

"Çox şadam ki, bu gün Bakıdayam və burada çəkiliş gedir. Məncə, bu, rəngli, günəşli, isti, nəşəli və haradasa Bakı klipi kimi olacaq”. Müğənni klipdə motosiklet olmasını belə izah edib: “Mən ümumiyyətlə təkərlə gedən nə varsa, sevirəm. Mənim motosikletlərə böyük həvəsim var. Sürətdən çox xoşum gəlir. “Vespa” markalı motosiklet ilə adətən pizza daşıyırlar. Onun üçün də klipdə “Vespa”nın olmasını məsləhət gördük”. İfaçı həmçinin qeyd edib ki, onun “Vespa” motosikletlərindən ibarət kolleksiyası var və bu, çox rahat motosikletdir. 

Emin Ağalarov Bakıda klip çəkir
Emin Ağalarov Bakıda klip çəkir