Di Kaprio içdi, "Oskar"ını restoranda unutdu

Sərxoş olan ulduz həsrətində olduğu heykəli itirmək təhlükəsi ilə qarşılaşıb.
Leonardo Di Kaprio - aktyor
Leonardo Di Kaprio - aktyor

Ötən gün ən böyük arzularından biri reallaşan Leonardo Di Kaprionun başına qeyri-adi iş gəlib. ANS PRESS-in məlumatına görə, "Sağ qalmış" filmində oynadığı rola görə "ən yaşı kişi" nominasiyasında "Oskar" mükafatı alan Hollivud ulduzu Leonardo Di Kaprio öz mükafatını əyləndiyi restoranda unudub. Bu anı TMZ-nin müxbiri mərasimdən sonra təşkil edilən afterpatidə görüntüləyə bilib. 

Ulduz aktyor  və onun həmkarları mükafatı Los-Anceles restoranlarının birində baş tutan görüş zamanı qeyd ediblər. Şənlikdən sonra aktyor restorandan küçəyə çıxıb və bir neçə şəxsin müşayiəti ilə avtomobilə yaxınlaşıb. Bu zaman digər şəxs əlində "Oskar"la özünü aktyorun yanına çatdırıb. 

Adı açıqlanmayan şəxs aktyora yeni qazandığı qızıl heykəli göstərərək "siz bunu özünüzlə aparmaq istəmirsiniz?" - deyə sual verib. O isə cavabında "Deniyə ver" deyərək yanındakı şəxslərdən birini göstərib. Di Kaprionun özü isə digər şəxsin əlindəki içki şüşəsini götürüb. 

Los-Ancelesdə keçirilən 88-ci "Oskar" mükafatlandırma mərasimində aktyor rejissor Alexandro Qonsaless İnyarittonun "Sağ qalmış" filmində canlandırdığı rola görə "ən yaxşı aktyor" nominasiyasında qalib gəlib. Leonardo Di Kaprio beş dəfə "Oskar" mükafatına namizəd olub. 1994-cü ildə 19 yaşında olarkən “Qilbert Qreypi nə narahat edir?” filmində canlandırdığı rola görə "ən yaxşı köməkçi kişi aktyoru" kimi namizəd göstərilib. 2005-ci ildə “Aviator”, 2007-ci ildə “Qanlı almaz” və 2014-cü ildə “Uoll-stritdən canavar” filminə görə “Oskar”a namizəd olub. 

Emanuel Lubeski, Leonardo Di Kaprio və Alexandro Qonsales İnyarritto selfi çəkdirərkən
Emanuel Lubeski, Leonardo Di Kaprio və Alexandro Qonsales İnyarritto selfi çəkdirərkən