Qiymətli metallar bahalaşıb, qızıl ucuzlaşıb

Neftin qiymətlərində də fərqli yöndə dəyişikliklər var.
Gümüş və qızıl külçələr
Gümüş və qızıl külçələr

Yazın son günündə qiymətli metalların qiymətləri ümumi qalxsa da qızıl ucuzlaşıb. ANS PRESS-in "Bloomberg"ə istinadla bildirdiyinə görə, qızılın bir qramının qiyməti 4 sent azalaraq 39 dollar olub. Platinin bir qramının qiyməti isə bahalaşıb 31.50 dollar olub. Palladiumun da qramı 60 sent artaraq 17.12 dollara çatıb. Gümüşün qiyməti dəyişməyib, qramı 0.52 dollara satılıb.

31.05.2016 tarixinə olan qiymətli kağızların qiyməti
31.05.2016 tarixinə olan qiymətli kağızların qiyməti

Neftin qiymətlərində də tərəddüdlər müşahidə olunur. "Bloomberg"ə istinadla verilən məlumata görə, "Brent" markalı neftin qiyməti aşağı düşüb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti 11 sent azalaraq 49.65 dollara çatıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin də qiyməti 19 sent artaraq - 49.52 dollar olub. "AzərTAc"a istinadən verilən məlumata görə, "AzəriLayt" markalı neftin qiyməti hələlik dəyişməyərək 51.31 dollarda qalıb.

31.05.2016 tarixinə olan neftin qiymətləri
31.05.2016 tarixinə olan neftin qiymətləri
 

Şərhlər