Rusiyadan "Türk axını" açıqlaması

Dmitri Peskov: "Bu barədə danışmaq üçün hələ çox tezdir."
ÜTürk Axını" boru xəttinin tikintisi
ÜTürk Axını" boru xəttinin tikintisi

Rusiya və Türkiyə arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etməsi fonunda Rusiya tərəfi "Türk axını" barədə açıqlama verib. ANS PRESS-in məlumatına görə, rəsmi Kremldən boru xətti layihəsinin yenidən başladılması ilə bağlı danışıqların aparılmasına başlamağın hələ tez olduğu bildirilib.

"Bu barədə danışmaq hələ çox tezdir. Bilirsiniz ki, bir ay əvvəl "Qazprom"la İtaliyada müxtəlif razılaşmalar imzalanıb. Hələ ki çərçivə formatında müxtəlif marşrutlar müzakirə edilir. Hansı marşrutların konkretləşdiriləcəyi və həyata keçiriləcəyi barədə indi danışmaq hələlik tezdir", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubundan sonra Ankara ilə münasibətlərin normallaşdırılması prosesinə başlamaq barədə məlumat verib.

"Türk Axını" boru xəttinin keçdiyi ölkələr
"Türk Axını" boru xəttinin keçdiyi ölkələr

Türkiyənin hava sərhədini pozan Rusiya qırıcısının vurulmasından sonra mətbuatda “Türk axını” layihəsinin Rusiya tərəfindən dayandırılması barədə xəbərlər yayılmışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə dekabrın 5-də tələbləri qarşılanmadığı üçün layihəni özlərinin dayandırdığını bəyan etmişdi.

"Türk axını" layihəsinin həyata keçirilməsi ilə bağlı qərar Rusiyanın "Cənub axını" layihəsi üzrə inşaat işlərinin dayandırılmasından sonra verilib.

Rusiya prezidenti Vladimir Putin 2014-cü ilin dekabrında Ankaraya səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Putin Ukrayna böhranı ilə bağlı Avropa Birliyinin mövqeyinə görə Ankarada bəyan edib ki, "Türk axını" layihəsi həyata keçiriləcək.

Yunanıstan "Türk axını"na qoşulmaqda tərəddüd etsə də sonra Rusiya "Türk axını" boru xətti layihəsinin Yunanıstana qədər uzadılması üçün Afina ilə hökumətlərarası razılaşma imzalanıb. Razılaşmasının əldə olunması üçün Putin Yunanıstanın baş naziri Aleksis Tsiprasla birbaşa danışıqlar aparmışdı. "Türk axını" vasitəsilə bir il ərzində 60 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulub.

 

Şərhlər