Ayın sonunda qızıl ucuzlaşıb

Qiymətli metalın bir qramı 42 dollara satılır.
Qızıl külçələri
Qızıl külçələri

Qiymətli metalların bu günə olan qiymətləri müsbət yöndə dəyişib. ANS PRESS-in məlumatına görə,  yalnız qızılın bir qramının qiyməti bir qədər ucuzlaşaraq 42.46 dollar olub. Platinin bir qramı 32.35 dollar, palladiumun qramı 19 dollar təşkil edib. Gümüşün qiyməti də qalxıb, qramı 60 sentə satılıb.

30 iyunda qiymətli metalların qiymətləri
30 iyunda qiymətli metalların qiymətləri

Neftin qiymətlərində artım müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə "Layt" markalı xam neftin qiyməti aşağı düşüb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 49.49 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli də ucuzlaşaraq 50.10 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 0,76 dollar bahalaşaraq 48,58 dollar təşkil edib.

30 iyunda neftin qiymətləri
30 iyunda neftin qiymətləri
 

Şərhlər