"Qara qızıl" yeni həftəyə ucuzlaşma ilə başladı

Azərbaycan neftinin qiyməti 50 dollardan aşağı düşməyib.
Dənizdə neft yatağı
Dənizdə neft yatağı

Neftin bu günə olan qiymətlərində ucuzlaşma müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti aşağı düşüb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti 62 sent azalaraq 49.40 dollara çatıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin də qiyməti 36 sent ucuzlaşıb - 49.48 dollar olub. "AzərTAc"a istinadən verilən məlumata görə, "AzəriLayt" markalı neftin qiyməti bir barel üçün 95 sent artaraq 51.31 dollara satılıb.

Neftin 30.05.2016 tarixinə olan qiyməti
Neftin 30.05.2016 tarixinə olan qiyməti

Rusiya energetika naziri Aleksandr Novakın fikrincə, neftin ucuzlaşması dövrü 2017-ci ildə bitəcək. "Vestifinance" forumunda çıxış edən rus nazir bildirib ki,  gələn ilin sonlarından "tələb və təklif balansının bərpası" baş verəcək. Amma Novakın sözlərinə görə, "qısamüddətli kənaraçıxmalar" ola bilər.

Novak düşünür ki, 2017-ci ildən sonra neftin barelinin qiyməti 60-65 dollar diapazonuna qayıda bilər. Onun fikrincə, sahənin perspektivlərinə sərmayəçilərin inamının azalması hasilatın azalmasına səbəb olacaq: "Bizim qiymətləndirməmizə görə, indiki neft qiymətlərində belə hasilat azalacaq və iyul-avqust aylarında ən aşağı nöqtəyə düşəcək. ABŞ-da da hasilat daha 700 min barel/sutka azalacaq".

Buna görə Novak yaranmış vəziyyətin neft hasilatının səviyyəsinin azalması barədə müzakirələri arxa plana keçirdiyini bildirib. 

Qiymətli metalların da bu günə olan qiymətlərində ümumi ucuzlaşma müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla bildirdiyinə görə, qızılın bir qramının qiyməti 65 sent azalaraq 38.61 dollar olub. Platinin bir qramının qiyməti azalaraq 31.18 dollarda dayanıb. Palladiumun qramı isə 33 sent enərək 17.12 dollar olub. Gümüşün qiyməti də aşağı düşüb, qramı 0.52 dollara satılıb.

Əlvan metalların 30.05.2016 tarixinə olan qiyməti
Əlvan metalların 30.05.2016 tarixinə olan qiyməti
 

Şərhlər