Elmi nəticələr əldə etməyən elmi müəssisələr özəlləşdirilə bilər (VİDEO)

Musa Qasımlı: "Nəticədə alimlərin sosial vəziyyəti yaxşılaşacaq"


Nadir Musayev 50 ildən artıq geoloq işləyib, elmi tədqiqatla məşğul olub. Tədqiqatlarından praktiki olaraq həyata keçiriləni də, keçirilməyəni də olub. Amma Nadir müəllim özü də etiraf edir ki, indi əksər elmi tədqiqatda instituları sadəcə köhnə nəzəriyələrlə kifayətlənir. Ortada yenilik və real iş olmur. Mili Məclisə təqdim olunan yeni elm haqqında qanuna görə isə müəyyən müddət ərzində və 5 ildən çox olmamaqla sanballı elmi nəticələr əldə etməyən, səmərəsiz fəaliyyət göstərən və ya müflis elan edilən elmi müəssisələr özəlləşdirilməyə çıxarıla bilər.

Milli Məclisin elm komitəsinin üzvü Musa Qasımlı deyir ki, əgər elmi tədqiqat instituları özdləşdirilsə həm dövlət büdcəsinin yukü azalar, elmi rəqabət artar. Nəticədə alimlərin də sosial vəziyyəti yaxşılaşar.

Amma elm müəssisələrinin özəlləşdirməsi ilə bağlı mühafizəkar fikirdə olanlar da var. Bu təklifə etiraz edənlərin fikrincə tədqiqat instituları özəlləşərsə əksər elm xadimləri işsiz qalacaq.

Qanun layihəsinin yaz sesiyasında müzakirəyə çıxaralıcağı gözlənlir.