Neftin qiymətlərində artım müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə "Layt" markalı xam neftin qiyməti bahalaşıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 46.72 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli də bahalaşaraq 48.26 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 1.59 dollar ucuzlaşaraq 47.82 dollar təşkil edib.
Qiymətli metalların bu günə olan qiymətləri müsbət yöndə dəyişib. ANS PRESS-in məlumatına görə, qızılın bir qramının qiyməti bir qədər bahalaşaraq 42.51 dollar olub. Platinin bir qramı 31.43 dollar, palladiumun qramı 18.48 dollar təşkil edib. Gümüşün qiyməti qalxıb, qramı 58 sentə satılıb.