Türklərə qarşı bu addım rusları özündən çıxardı

Moskva meriyası şəhərdə türklərə məxsus dönər satılan obyektləri tamamilə bağlayır.
Moskvada dönər satan
Moskvada dönər satan

Rusiyanın paytaxtı Moskvada dönər satışı ilə məşğul olan cəmi 12 köşk qalıb. Amma bu köşklər də ilin sonuna qədər bağlanacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə paytaxtın tikinti və xidmət departamentinin rəhbəri Aleksey Nemeryuk jurnalistlərə açıqlmasında deyib.

Dönərin sağlamlığa ciddi ziyan vurduğunu iddia edən Aleksey Nemeryuk deyib ki, dönər satıcıları da təmizliyə riayət etmirlər.

Onun sözlərinə görə, bir neçə obyektdə yoxlamalar aparılıb və ciddi qanun pozuntuları aşkarlanıb: "Son reydlər zamanı 60 obyektdən 40-ı bağlanıb."

Lakin ruslar dönərin qadağan edilməsi ilə bağlı qərardan narahatdırlar. Onlar buna müxtəlif yollarla etiraz edirlər.

Rusiya sosial mediada "Çox yaşa, dönər" mənasını verən #ShaurmaZhivi həştəqi yaradıblar. Bəzi moskvalılar Sobyanini öz oğlunu öldürməsi ilə xatırlanan İvan Qroznıya bənzədib.

Moskva meri Sobyanin 2010-cu ildə vəzifəyə gəldiyindən bəri şəhərdəki köşkləri bağlamağa çalışır. Xatırlatmaq yerinə düşər ki, Rusiyada, eləcə də bütün dünyada dönər satışı ilə əsasən türklər məşğul olur.

Moskva meri Sobyanin haqqında çəkilən karikatura
Moskva meri Sobyanin haqqında çəkilən karikatura

Dönər (dönər kababı) Türkiyədən gələn və Azərbaycanda (əsasən mal və toyuq ətindən), habelə başqa ölkələrdə yayılmış fastfud yeməyidir.

Ət layları dönən şişdə olurlar (adı buradandır). Bəzi hallarda kartof, qışda isə marinadlaşdırılmış pomidor da qoyulur.

 

Şərhlər