"SOCAR" xarici sərmayələr idarəsinin rəisi Vaqif Əliyev ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı olub. Qonaq İranda “SOCAR”ın imzaladığı iki memorandum barədə ətraflı məlumat verib.
Vaqif Əliyev İran və Azərbaycanın energetika sahəsində imzaldığı memorandumun Azərbaycan üçün əhəmiyyətindən danışıb.
“SOCAR”la İran milli neft şirkəti və "Qədr" investisiya şirkəti arasında bağlanan anlaşma memorandumu həm bizim, həm də İranın fəaliyyət istiqamətlərini əhatə etməklə geniş spektrli sənədlərdən ibarətdir.
Sözsüz ki, biz enerji şirkəti olaraq iranlı həmkarlarımızla neft ticarətindən başlamış, neft tədarükü, qaz və neft emalı, ticarəti sahələrini əhatə edən prespektivli sahələrə maraq göstəririk”, - deyə “SOCAR” nümayəndəsi bildirib.