Sahibkarlara müjdə - Azərbaycan yükləri Rusiyaya yoxlanılmadan keçəcək

Bu,Rusiya gömrük komitəsi ilə imzalanan müqavilə çərçivəsində mümkün olacaq
Rusiya gömrük xidməti bu gün Azərbaycanda tədbiq olunan gömrük təminatlarını şübhəsiz qəbul edəcək. ANS PRESS-in məlumatına görə bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, bundan sonra Azərbaycanda verilən keyfiyyət sənədləri Rusiya tərəfindən qəbul ediləcək və yüklər yoxlanılmadan Rusiya tərəfinə keçiriləcək .Bu, həm də ticarət dövriyyəsinin sürətləndirilməsinə gətirib çıxaracaq. Aydın Əliyev bu sahədə hal-hazırda müəyyən irəliləyişin olduğunu desə də, problemlərin mövcudluğunu da etiraf edib. Belə ki, Rusiyada rublun başqa valyutalara qarşı məzənnəsinin stabil olmaması ticarət dövriyyəsinin artımına gətirib çıxartmır.

"Amma ümid edirik ki, bu maliyyə prosesi Rusiyada stabilləşəndən sonra irəliləyişi,sıçrayışı biz görəcəyik" deyə Aydın Əliyev bildirib.