Qiymətli metallar bu qiymətə satılır

Bahalaşmaya Norveçdə fəhlələrin tətilə başlayacağı xəbəri səbəb olub.
Neft buruqları
Neft buruqları

Səhər saatlarından başlayaraq neftin qiyməti artmağa başlayıb. ANS PRESS-in məlumatına görə, "qara qızıl"ın qiyməti Norveçdəki etiraz dalğası xəbərləri fonunda qalxır. Bu etirazlar Qərbi Avropanın ən çox xammal istehsalçısının hasilatı azaltmasına səbəb ola bilər. 

"Brent" markalı neftin qiyməti 1,24%  artaraq 48,36 dollara çatıb. WTI nefti isə 1,3% bahalaşıb və barelə görə 46,93 dollar olub. 

Daha öncə verilən məlumata görə, Norveçdə 7 neft və qaz yatağında çalışan 750-dən çox işçi şənbə günündən tətilə başlamağı planlaşdırırdı. Səbəb isə əməkhaqqının ödənişi ilə bağlı mübahisələr olub. Danışıqların son raundunun iyunun 30-da və iyulun 1-də baş tutması planlaşdırılır.

Əgər tərəflər razılığa gəlməsələr, işçilər bir sıra yataqlarda tətilə başlayacaqlar. Bu isə neft hasilatının azalmasına gətirib çıxaracaq. 

Saat 05:59

Qiymətli metalların bu günə olan qiymətləri mənfi yöndə dəyişib. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, qızılın bir qramının qiyməti bir qədər ucuzlaşaraq 42.57 dollar olub. Platinin bir qramı 31.43 dollar, palladiumun qramı 17.87 dollar təşkil edib. Gümüşün qiyməti də düşüb, qramı 57 sentə satılıb.

28 iyuna olan qiymətli metalların cədvəli
28 iyuna olan qiymətli metalların cədvəli

Neftin qiymətlərində azalma müşahidə olunur. "Layt" markalı xam neftin qiyməti azalıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 46.72 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli bahalaşaraq 47.62 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin qiymətində isə dəyişikliyin olmadığı bildirilib. Bir bareli 51.05 dollar təşkil edib.

28 iyun üçün neftin qiymət cədvəli
28 iyun üçün neftin qiymət cədvəli
 

Şərhlər