Azərbaycan nefti bazarda qiymət liderliyi əldə etdi

"Layt" və "Brent" markalı neftlər kəskin ucuzlaşdılar.
Neft daşları
Neft daşları

"Qara qızıl"ın qiymətlərində azalma müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Layt" markalı xam neftin qiyməti azalıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 47.24 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli ucuzlaşaraq 48.11 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 0.39 dollar bahalaşaraq 51.05 dollar təşkil edib.

27.06.2016 tarixinə neftin qiymətləri
27.06.2016 tarixinə neftin qiymətləri

Bu günə olan qiymətli metalların qiymətləri fərqli yöndə dəyişib. ANS PRESS-in "Bloomberg"dən aldığı məlumata görə, qızılın bir qramının qiyməti 2 dollar qalxaraq 42.88 dollar olub. Platinin bir qramı 31.94 dollar, palladiumun qramı 17.77 dollar təşkil edib. Gümüşün qiyməti də bahalaşıb, qramı 58 sentə satılıb.

27.06.2016 tarixinə olan qiymətli metalların qrafiki
27.06.2016 tarixinə olan qiymətli metalların qrafiki
 

Şərhlər