Qiymətli metalların bu günə olan qiymətlərində ümumi ucuzlaşma müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla bildirdiyinə görə, qızılın bir qramının qiyməti azalaraq 39.26 dollar olub. Platinin bir qramının qiyməti azalaraq 32 dollara yaxın bir göstəricidə - 31.92 dollarda durub. Palladiumun qramı isə 11 sent bahalaşaraq 17.45 dollar olub. Gümüşün qiyməti isə dəyişməyib, qramı 0.53 dollara satılıb.
Neft qiymətlərin neçə gündür ki, davam edən bahlaşmadan sonra ucuzlaşmağa başlayıb. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti bahalaşıb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti artaraq 50.02 dollara çatıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin də qiyməti 36 sent bahalaşıb - 49.76 dollar olub. "AzəriTac" istinadən verilən məlumata görə, "AzəriLayt" markalı neftin qiyməti bir barel üçün 57 sent artaraq 50.36 dollara satılıb.
Azərbaycanda işsizlik müavinətlərinin səviyyəsinin MDB ölkələrinin əksəriyyətindən yüksək olması Rusiya mətbuatının diqqətini cəlb edib.
2015-ci ildə işsizliyə görə ödənən müavinətlərin dollar ifadəsində məbləği üzrə Azərbaycan MDB lideri olub. Portal bildirir ki, ötən il Azərbaycanda işsizlərə hər ay 162 ABŞ dolları verilib və əksər MDB ölkələrində analoji göstərici xeyli aşağıdır. Məsələn, Belarusda işsizlər ayda 13 dollar əldə ediblər. Ukrayna isə işsizlərə ayda 59 dollar verib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında Azərbaycanda orta maaş göstəricisi 485,5 manat olub. Yəni işini itirmiş adamın maaşı yüksək olarsa, o, 440 manata qədər müavinətə ümid edə bilər, bu isə 226 dollara bərabərdir.