Yanan bina sakinlərinə müavinət veriləcək (VİDEO)

Bunun üçün ASAN Xidmət əməkdaşlarına xüsusi tapşırıq verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillər və şəhid ailələri üçün Beyləqanda tikilən çoxmərtəbəli yaşayış binasının penoplastdan olan üzlüyünün sökülməsini tapşırıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Səlim Müslümov ANS-in cənub bürosuna eksklüziv açıqlamasında məlumat verib. O deyib ki, nazirliyin sifarişi ilə tikilən binalardan yalnız birində belə üzlük olub. 2012-ci ildə həmin binanı üzləyən şirkət də binanın fasadını aqlay daşı ilə üzləyəcək. Binəqədidəki hadisə zamanı sağlamlığını və əmək qabiliyyətini itirən insanlara isə müavinət təyin oluna bilər.

Yanan binada xəsarət alanlara müavinət təyin edilə bilər.

Səlim Müslümov bildirib ki, Binəqədidə yanan binada sağlamlığına ziyan dəymiş insanlar müavinət üçün müraciət etdikdə onların işinə dərhal baxılacaq. ASAN Xidmət və Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları ilə birlikdə pensiya almaq istəyən şəxslər üçün tez bir zamanda sənədlər hazırlanacaq.