İran benzin idxalını dayandıracaq

“Persian Gulf Star” emal zavodu 2017-ci ildə işə salınacaq.
Benzin. Arxiv.
Benzin. Arxiv.

İran 2017-ci ilin mart ayında “Persian Gulf Star” emal zavodunun işə salınmasından sonra benzin idxalını dayandıracaq. ANS PRESS-in məlumatına görə, bu barədə Shana xəbər agentliyində yer alan xəbərdə deyilir.

Zavod Fars Körfəzində yerləşən Cənubi Pars yatağından hər gün təxminən 360 min kondensat emal edəcək. Kompleks sutkada 36 milyon litr benzin və 14 min litr dizel yanacağı emal etmək gücünə malikdir.

ABŞ və Avropa ittifaqının İranın nüvə proqramına etiraz olaraq  2012-ci ildə tətbiq etdiyi sanksiyalar nəticəsində bu ölkənin neft ixracatı kəskin şəkildə aşağı düşüb.

"Persian Gulf Star" zavodu
"Persian Gulf Star" zavodu

Qərbin İrana qarşı sanksiyaları nüvə danışıqlarında uğurlu nəticələrin əldə olunmasından sonra 2016-cı ilin əvvəlində aradan qaldırılıb. Bundan sonra xarici bazara çıxışı tamamilə açılan İran islam Respublikası sanksiyalar dövründə etdiyi zərəri kompensasiya etmək üçün neft hasilatını artırdı.  Hazırda İranın neft hasilatı sutkada 1 milyon barrelə çatır. İran OPEK-ə üzv ölkələrin və Rusiyanın neft hasilatının yanvar ayındakı səviyyədə dondurması haqqında təkliflərini cavabsız qoyaraq, hasilatı daha da artırmaqda davam edir.