İqtisadiyyatda kölgə və ya kölgə iqtisadiyyatı barədə (VİDEO)

Dövlət statistika komitəsi sədrinin müavini Rauf Səlimov "Hesabat"ın suallarına cavab verdi.
Dövlət statistika komitəsi sədrinin müavini Rauf Səlimov ANS TV-də "Hesabat"ın qonağı olub. Rauf Səlimovla söhbətimiz diqqətdən və ya uçotdan kənarlaşdırmalar, iqtisadiyyatda kölgə və ya kölgə iqtisadiyyatı barədə oldu.

- Rauf müəllim kölgə iqtisadiyyatı deyiləndə konkret olaraq nə nəzərdə tutulur?

- Belə bir anlayış var - gizli və yaxud kölgə iqtisadiyyatı. Lakin gizli iqtisadiyyatla yanaşı bərabər müşahidə olunmayan, iqtisadiyyatı təşkil edən digər üç element də var. Bunlar qeyri-qanuni fəaliyyət, ev təsərrüfatlarının öz şəxsi istehlakı üçün istehsal etdikləri mallar və qeyri-formal fəaliyyət. Məhz bu kompanent ümumi, müşahidə olunmayan iqtisadiyyatın tərkibini təşkil edir.

- Bu gün Azərbaycanda kölgə iqtisadiyyatı neçə faiz təşkil edir?

- Kölgə və bundan öncə də sadaldığım üç kompanent daxil olmaqla müşahidə olunmayan iqtisadiyyatın ümumdaxili məhsulda payı 2013-cü ilin statistik məlumata görə 9,1 faizdir. Hazırda biz 2014-cü ilin statistika məlumat üzərində iş aparıq, təxminən 9 faiz səviyyəsində gözlənilir.

- Bəzi vasitələrdə bu 25-30 faiz göstərilir. Bu informasiyalar nə dərəcədə etibarlıdır?

- Mən özüm belə buna rast gəlmişəm. Hətta bunu 50-60 faiz həddində qiymətləndirənlər var. Lakin bunun təhlili zamanı ilk növbədə biz ümumdaxili məhsul tərkibinə baxmalıyıq. Hazırda ümumdaxili məhsul tərkibində neft sektoru 31-32 faiz təşkil edir və neft sektorunda gizli iqtisadiyyat yoxdur. Nə üçün? Azərbaycan mədənçıxarma sənayesində şəffaflıq təşəbbüsünə qoşulub və bu sahədə Dövlət Neft Fondu BMT-nin mükafatını da alıb. Burda üçtərəfli koalisiya var. Məhz bütün neft şirkətləri hesabatlar verirlər və bu sahədə şəffaflıq tam şəkildə təmin edilib. Hamı qəbul edir ki, bizdə neft sektorunda kölgə iqtisadiyyatı, gizlədilmiş, uçotdan yayındırılmış məhsul yoxdur. Eyni zamanda biz iqtisadiyyatın digər sahələrinə nəzər yetirməliyik. İqtisadiyyatın digər sahələrinə nəzər yetirdikdə biz görərik ki, uçotdan bilərəkdən gizlədilən hissə - ticarət sahəsində 29, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda həmin fəaliyyət üzər 31, tikintidə isə bu 12 faiz təşkil edir. Amma biz informasiya, rabitə, elektrik enerjisinin istehsalı və su təchizatı sahəsində gizli iqtisadiyyat müşahidə etmirik. Bir sıra sahələr var ki, orda uçotdan yayınan məhsul və xidmətlər ümümiyyətlə yoxdur.

- Son illərdə ümumiyyətlə hansı tendensiya müşahidə olunur? Bu kölgə iqtisadiyyatı artır, yoxsa azalır?

- 2003-cü ildə kölgə iqtisadiyyat faizi 20,7 idi. İndi isə bu 9,1 faizdir. 10 il bundan öncə mənfəət vergisi 27 faiz idisə, indi 20 faizdi. Fiziki şəxslərin gəlir vergisinin yuxarı həddi 35 faiz idisə, indi 25 faizdi. Əlavə dəyər vergisi və s. bunların hamısı sahibkarın kölgədən çıxıb daha şəffaf, rəsmi qaydada fəaliyyət göstərməsinə zəmin yaratmışdı.

- Rauf müəllim Statistika Komitəsinin bəzi məlumatlarını cəmiyyət bir az anlaşılmazlıqla qarşılayır. Məsələn, sentyabr ayında insanlar bahalaşmadan gileylənirdi və s. Amma rəsmi statistika göstərir ki, bahalşma 1 faizdən az olub.

- İstehlak səbətində 560 mal və xidmət var. Onlardan 160-ı ərzaq məhsuludu, 290-nı qeyri-ərzaq və qalanları isə xidmətlərdir. Biz bahalaşmanı qeydə alırıq. Belə ki, cari ildə yumru düyü 31, mannı yarması 14, qarabaşaq yarması 26, makaron-vermeşil məhsulları 25, kərə və bitki yağları 12 faiz, yəni 10-12 adda olan məhsulun qiymətinin artması hələ o demək deyil ki, ümumi infliyasiyaya güclü təsir göstərir. Təsir göstərir, amma o qədər deyil. Çünki bu məhsulların istehlak səbətində çəkisi o qədər də çox deyil ki, bunlar dərhal köklü bir şəkildə buna təsir göstərsin. Təbii ki, bahalaşma ilə yanşı, eyni zamanda ucuzlaşma da var. Belə ki, avtomobillərin texniki baxış 36 manatdan 26 manata endirildi. Bu isə o deməkdir ki, xidmətlər 44 faiz aşağı düşdü. Eyni zamanda tərəvəz məhsullarının qiyməti 4,5 faiz ucuzlaşdı. Bu orta qiymətdir. Təbii ki, Bakı şəhərində qiymətlər rayonlara nisbətən yüksəkdir.

- Ayrı-ayrı dövlət qurumları ilə Dövlət Statistika Komitəsinin məlumatları bəzi hallarda üst-üstə düşmür. Məslən, gömrük xidməti ilə bağlı olan məsələlərdə bu özünü göstərir. Bu məsələlərə sizin münasibətiniz necədir, bu belə olmalıdır?

- Bəli belə də olmalıdir. Bunlar fərqli şeylərdir, fərqlənir düzdü. Lakin bunlar başqa-başqa göstəricilərdir. Belə ki, bizdə olan ixrac barədə məlumatlar, Dövlət Gömrük Komitəsinin məlumatlarından fərqlidir. Məsələ ondadır ki, beynəlxalq statistik metodologiyaya görə, statistik qaydalar bir cürdür, amma gömrük qaydaları isə bir başqa cürdür. Misal üçün bizim qaydalara görə, mal ölkənin hüdudlarını tərk edən kimi, biz dərhal onun ixrac olunmuş mal kimi qeydə almalıyıq. Ondan asılı olmayaraq ki, həmin malın müqabilində pul gəldi, yaxud gəlmədi. Gömrük bəyannaməsi tərtib olundu və yaxud tərtib olunmadı. Bu halda ixrac olunmuş malların fiziki kütləsini göstərir, real, yəni həmin vaxt dövründə. Gömrüyün misalında isə həmin anda vəsaitin daxil olmasını göstərilir. Yəni bu başqa-başqa göstəricilərdir. Hər ikisi də düzdür, demək olmaz ki, bunlar bir-birinə ziddir.

- Azərbaycanda kölgə iqtisadiyyatı sizcə hansı həddə yol veriləndir və o yol verilən həddə çatmaq üçün Azərbaycan dövləti hansı işləri görməlidir. Yəni vəziyyətimiz indi təhlükəli həddə deyil ki?

- Xeyir. Məhz Avropa ölkələridən misal gətirdim. Bizim vəziyyətimiz onlara nisbətən yaxşıdır. Cənab prezidentin bu yaxınlarda verdiyi göstəriş və sərəncamdan bilirsiz ki, sahibkarlar iki il ərzində yoxlamalardan tam azad olunublar. Bu o deməkdir ki, onların artıq nəyisə gizlətməyə və yaxudda ki, yoxlamaları yola salmaq üçün hansısa vəsaiti saxlamağ, uçotda nəyisə gizlətməyə artıq heç bir səbəb yoxdur.

Təşəkkür edirəm Rauf müəllim!