Dollarda gözlənilməz dəyişiklik

Yaxın perspektivdə Avropa valyutasının ucuzlaşacağı gözlənilir.
Bu gün Azərbaycanda dollar bir qədər bahalaşıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə açıqladığı rəsmi məzənnələr bülleteninə əsasən, 1 dolların rəsmi məzənnəsi 1, 0467 manat təşkil edib (dünən 1, 0446 manat idi).

Avro isə manata nisbətən ucuzlaşaraq 1,2059 manat olub. Dünən isə 1avro 1, 2078 manat.

Rusiya rublu isə 0,0003 manat bahalaşaraq 0,0151 manat olub (dünən 0,0148 manat idi).

ABŞ birjaları bü günə artımla başlayıblar. Bu, ekspertlərə dolların xarici valyutalara, o cümlədən avroya nisbətən yenidən müqayisəli möhkəmlənəcəyini düşünməyə imkan verir. Bu isə Azərbaycanda yaxın zamanlarda manatın avroya nisbətən möhkəmlənib, dollara nisbətən müqayisəli ucuzlaşacağı deməkdir.