Panama kanalı yenidən istifadəyə verildi

İlk olaraq Panama kanalından Çinə məxsus gəmi keçəcək.
Panama kanalı
Panama kanalı

Bu gün yenidən qurulmuş Panama kanalı 9 ildən sonra istifadəyə verilib. ANS PRESS-in məlumatına görə, açılışa həsr edilmiş təntənəli mərasim kanalın Atlantik okeanı yaxınlığındakı Aqua-Klara və Sakit okean yaxınlığındakı Kokoli limanlarında keçirilir.

Mərasimə təhlükəsizliyin təmin edilməsi üçün 10 mindən çox hərbçi cəlb edilib. Eləcə də kanal boyunca uçuşlara, çəkilişlərin aparılması üçün pilotsuz uçan aparatlara qadağa qoyulub.

İlk olaraq Panama kanalından "Cosco Shipping" Çin şirkətinə məxsus yükdaşıyan gəminin keçəcəyi bildirilir.

Panama kanalı 1904-cü ildə 10 il ərzində tikilib. Kanalın tikintisində dünyanın 30 ölkəsindən 50 min insan çalışıb. Kanal 15 avqust 1914-cü ildə açılıb və həmin gün kanaldan “Ankon” gəmisi keçib. Ancaq kanalın rəsmi açılışı 6 il sonra, 1920-ci ilin iyununda olub. Kanal 1999-cu ilə qədər ABŞ administrasiyasının icarəsində və idarəetməsində olub. 1999-cu ildə kanal Panamanın yurisdiksiyasına keçib. Kanal vasitəsilə dünyadakı ticarət yüklərinin 4 faizi, ABŞ-ın ticarət yüklərinin isə 16 faizi daşınır. Ancaq kanal müasir böyük gəmilərin tələbatlarına cavab vermədiyi üçün 2007-ci ildən yenidənqurma işləri başlanıb. Bu məqsədlə ötən dövr ərzində 8,75 milyard dollar xərclənib. 

 

Şərhlər