Azərbaycan nefti bahalaşdı

"Qara qızıl" bazarında qiymət artımı müşahidə olunur.
Neft daşları
Neft daşları

Neft qiymətləri ötən günə nisbətən müsbət yöndə dəyişib. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti bahalaşıb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti artaraq 50.02 dollara çatıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin də qiyməti 36 sent bahalaşıb - 49.76 dollar olub. "AzəriLayt" markalı neftin qiyməti bir barel üçün 57 sent artaraq 50.36 dollara satılıb.

Neftin 26.05.16 tarixinə olan qiyməti
Neftin 26.05.16 tarixinə olan qiyməti

Ötən gün SOCAR-ın Cenevrədəki ofisi fəaliyyətini dayandırıb. ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı "Nasha Gazeta"ya müsahibəsində deyib. 

Onun sözlərinə görə, bu, SOCAR-ın xərcləri ilə bağlıdır. Belə ki, dünya bazarında neftin üç dəfəyədək ucuzlaşmasından sonra SOCAR xərclərinin optimallaşdırılmasını və bəzi struktur bölmələrinin restrukturizasiyasını nəzərdən keçirib, xarici ölkələrdəki nümayəndəliklərinin fəaliyyətinə yenidən baxıb. 

"SOCAR İsveçrədə üç müxtəlif strukturla təmsil olunurdu; bu ölkədəki rəsmi nümayəndəliklə, "SOCAR Trading" və "SOCAR Energy Switzerland". Verilən qərara əsasən, SOCAR-ın Cenevrədəki nümayəndəliyi fəaliyyətini dayandırıb".

Əlvan metalların bu günə olan qiymətlərində cüzi dəyşikliklər müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla bildirdiyinə görə, qızılın bir qramının qiyməti  azalaraq 39.51 dollar olub. Platinin bir qramının qiyməti azalaraq 32.21 dollarda, palladiumun qramı isə 17 sent bahalaşaraq 17.34 dollarda qərarlaşıb. Gümüşün qiyməti isə dəyişməyib - qramı 0.53 dollara satılıb.

Əlvan metalların 26.05.16 tarixinə olan qiyməti
Əlvan metalların 26.05.16 tarixinə olan qiyməti
 

Şərhlər