Rusiya Türkiyə münasibətləri yumşalır

Türkiyədən gələn kənd təsərrüfatı məhsullarına qoyulan qadağa aradan qaldırıla bilər
Rusiya və Türkiyə rəhbərləri
Rusiya və Türkiyə rəhbərləri

Rusiya fitosanitariya və baytarlığa nəzarət xidməti  “Rosselxoznadzor” Türkiyədən gələn  kənd təsərrüfatı məhsullarına qoyulan qadağanı ləğv etməyə hazırdır. ANS PRESS-in məlumatına görə, bu barədə "RİA Novosti” agentliyi xəbər verib.

“Rosselxoznadzor”  türk məhsulları üçün embarqonu malın təhlükəsizliyinin zəmanəti şərti ilə ləğv edə biləcəyini qeyd edib.

"Ruslar türk məhsulunun idxalına yeni məhdudiyyətlərin tətbiqi hüququnu özündə saxlayır."

"“Rosselxoznadzor” olkəyə gətirilən məhsulun Rusiya Avrasiya iqtisadi ittifaqının qanunvericiliyiylə nəzərdə tutulmuş normalara və tələblərə uyğun zəmanətin verilməsi barədə türk tərəfinə xahişlə müraciət edir. Bu Rusiyaya türk bitki məhsulunun göndərilməsi ilə bağlı müvəqqəti məhdudiyyətlərin tətbiqindən qaçmağa icazə verəcək", - deyə xəbərdə deyilir.

İdarədən əlavə edilib ki, Türkiyə yaxın zamanda Rusiyaya çatdırılan məhsulun yoluxmasının qarşısının alınması üzrə qəbul edilən ölçülərin ətraflı təsvirini verəcək.

Aleksey Alekseyenko - "Rosselxoznadzor"un sədr müavini
Aleksey Alekseyenko - "Rosselxoznadzor"un sədr müavini

"Bu materiallar Rusiya ekspertləri tərəfindən öyrəniləcək. Bundan sonra “Rosselxoznadzor” tərəfindən uyğun olan qərarlar qəbul ediləcək", - deyə idarədən bildirilib. “Rosselxoznadzor”un sədr müavini Aleksey Alekseyenko Rusiyanın mallara qoyduğu qadağanı ləğv etməsi kimi həm də yeni məhsulu qadağan edə biləcəyini qeyd edib.

Aprelin 21-də Rusiya fitosanitariya və baytarlığa nəzarət xidməti  “Rosselxoznadzor”un sədr müavini Aleksey Alekseyenko Türkiyə nümayəndələrinin gələn həftə Rusiyaya türk bitki məhsulunun göndərilməsi danışıqlarının müzakirəsi üçün Moskvaya gələcəklərini bildirib.

"Biz Türkləri bura dəvət etdik, onlar bu səfərə razılaşdılar. Danışıqlar gələn həftə Moskvada reallaşacaq. Görüşlər zamanı laboratoriya yoxlamaları daxil olmaqla bitki məhsulunun çatdırılmalarının təhlükəsizliyinin təminat sistemi müzakirə olunacaq", - deyə Aleksey Alekseyenko bildirib.

Alekseyenko qeyd edib ki, türk istehsalçılarının “Rosselxoznadzor” mütəxəssisləri tərəfindən yoxlamalarının keçirilməsi məsələsi hələ müzakirə edilmirdi. İdarə başçısının köməkçisi həmçinin xatırladıb ki, “Rosselxoznadzor” türk bitki məhsulunun idxalına yeni məhdudiyyətlərin tətbiqi hüququnu özündə saxlayır və belə məhdudiyyətlərin tətbiqi istisna edilmir.

600@0 (5)
600@0 (5)
600@0 (6)
600@0 (6)

Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri soyuyub. Bundan sonra Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrov sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır: “Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”.

Rusiya prezidenti Vladimir Putin ötən il noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Müvafiq qərar əsasən Rusiyada 2016-cı ilin yanvarın 1-dən Türkiyədən bir sıra kənd təsərrüfatı xammalı və ərzaqların gətirilməsinə qadağa qoyulub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.