“Alfa Sığorta”nın rəhbəri dəyişdi

Sığorta şirkətinin Direktorlar Şurasının sədri vəzifəsinə Xəyal Məmmədxanlı təyin olunub
“Alfa Sığorta” ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib. Belə ki, bundan sonra sığorta şirkətinə Xəyal Xasay oğlu Məmmədxanlı rəhbərlik edəcək.

Bu barədə şirkətin mətbuat xidmətindən ANS PRESS-ə məlumat verilib. Artıq X.Məmmədxanlı öz vəzifələrinin icrasına başlayıb.

Məlumat üçün bildirək ki, bu təyinatına qədər Xəyal Məmmədxanlı Beynəlxalq Sığorta Şirkətinin, Azərbaycan Sığortaçılar Birliyinin, “AzSığorta” Şirkətinin və AFB Bankın rəhbərliyində mövqe tutub.

Qeyd edək ki, “Texnikabank” ASC-nin səhmdarı olduğu “Alfa Sığorta” ASC 1997-ci ildən sığorta bazarında fəaliyyət göstərir və sığortanın 25 növü üzrə müştərilərinə xidmətlər təklif edir.

Xatırladaq ki, “Alfa Sığorta” ASC-nin Direktorlar Şurasının keçmiş sədri Zülfüqar Zülfüqarlı olub.