Neft qiymətləri ötən günə nisbətən dəyişib. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti bahalaşıb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti artaraq 49.23 dollara çatıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin də qiyməti bahalaşıb - 49.30 dollar olub. "AzəriLayt" markalı neftin qiymətində ucuzlaşma olduğu bildirilib. Bir bareli 57 sent aşağı qiymətlə, 49.83 dollara təklif olunur.
Əlvan metalların 25 may tarixinə olan qiymətlərində cüzi dəyşikliklər müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla bildirdiyinə görə, qızılın bir qramının qiyməti azalaraq 39.52 dollar olub. Platinin bir qramının qiyməti 0.14 dollar artaraq 32.27 dollarda, palladiumun qramı isə ucuzlaşaraq 17.17 dollarda qərarlaşıb. Gümüşün qiyməti isə dəyişməyib - qramı 0.53 dollara satılıb.
ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə güclü təsir etməyəcək. Bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, FRS-in qərarı manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor deyil. E.Rüstəmov bildirib ki, daha böyük faktorlar neftin qiyməti, Azərbaycanla qonşu ölkələrdə valyutanın məzənnəsi, eləcə də Azərbaycanın hazırda kifayət qədər sabit olan tədiyə balansının durumudur.
Elman Rüstəmov, həmçinin vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankı (AMB) manatın dollara nisbətdə məzənnəsinin nizamlanmasına müdaxilə etmir.
Azərbaycanda bank sektorunun dəqiq diaqnostikasının aparıldığını deyən baş bankirin sözlərinə görə, diaqnostika yekunlaşdıqdan sonra xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq.