Dünya fond bazarlarında qiymətlər belə dəyişdi

Azərbaycan nefti 0.27 dollar bahalaşdı.
Xəzərdə neft platforması
Xəzərdə neft platforması

"Qara qızıl"ın qiymətlərində fərqli yöndə dəyişmə müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Layt" markalı xam neftin qiyməti artıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 49.25 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli 50 dollardan  bir qədər aşağıda - 50.09 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 0.27 dollar bahalaşaraq 50.66 dollar təşkil edib.

24 iyun üçün neftin qiymətləri
24 iyun üçün neftin qiymətləri

Bu günə olan qiymətli metalların qiymətləri fərqli yöndə dəyişib. ANS PRESS-in "Bloomberg"dən aldığı məlumata görə, qızılın bir qramının qiyməti 2 dollar qalxaraq 40.88 dollar olub. Platinin bir qramı 31.20 dollar, palladiumun qramı 17.89 dollara qədər enib. Gümüşün isə qiyməti dəyişməyib, qramı 56 sentə satılıb.

24 iyun üçün qiymətli metalların qiymətləri
24 iyun üçün qiymətli metalların qiymətləri
 

Şərhlər