"Brexit"dən sonra Azərbaycanda dolların qiyməti

"USD/AZN məzənnəsi yerli valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır".
ABŞ dolları
ABŞ dolları

Azərbaycan Mərkəzi Bankının elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi dünya maliyyə bazarlarında "Brexit"lə bağlı gedən məzənnə dəyişikliklərindən deyil, yerli valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır.

ANS PRESS-in məlumatına görə, bu barədə Mərkəzi Bankın məlumatında qeyd olunur.

Xarici valyuta bazarındakı tələb-təklif nisbətinə isə təsir göstərən əsas amillər tədiyə balansının vəziyyəti, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi, büdcə ehtiyacları üçün neft transferlərinin həcmi, həmçinin ölkədə de-dollarizasiya istiqamətində görülən tədbirlərdir.

Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Ötən gün Böyük Britaniyanın Avropa Birliyinin (AB) tərkibində qalıb-qalmaması ilə bağlı referendum keçirilib. Referendumda Böyük Britaniyada AB-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib.

Səsvermədə iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın AB-ni tərk etməsini istəyib. Nəticələr elan olunandan sonra Britaniyanın baş naziri Devid Kemeron bu ilin oktyabr ayında istefa verəcəyini bəyan edib.

 

Şərhlər