Əlvan metalların qiyməti ucuzlaşıb

Neft bazarında da qiymətlər aşağı düşüb.
Gümüş külçələr
Gümüş külçələr

Birjalarda "qara qızıl"ın qiyməti dəyişdikcə əlvan metallarda qeyri-stabil hərəkətlər davam edir. ANS PRESS-in "Bloomberg"ə istinadla bildirdiyinə görə, qızılın bir qramının qiyməti  azalaraq 40.16 dollar olub. Platinin bir qramının qiyməti ucuzlaşaraq 32.13 dollara, palladiumun qramı da ucuzlaşaraq 17.67 dollara düşüb. Gümüşün qiyməti aşağı düşərək qramı 0.53 dollara satılıb.

Əlvan metalların 24.05.16 tarixinə olan qiyməti
Əlvan metalların 24.05.16 tarixinə olan qiyməti

Neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq Azərbaycan nefti hal-hazırda bazarda qiymət liderliyini qorumağa davam edir. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti azalıb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti azalaraq 48.19 dollara düşüb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin də qiyməti mənfi yöndə dəyişib - 47.93 dollar olub. "AzəriLayt" markalı neftin qiymətində dəyişikliyin olmadığı bildirilib. Bir bareli 50.40 dollara təklif olunur.

Neftin 24.05.16 tarixinə olan qiymətləri
Neftin 24.05.16 tarixinə olan qiymətləri

Küveyt hökumət rəsmiləri ilin 3-cü və 4-cü rüblərində neftin qiymətinin 50 dolları keçəcəyini söyləyib. Bunun səbəbi kimi neft xammalına olan tələb və təkliflərin tərəddüdlü qiymət dəyişməsi göstərilib.

Məlumatı Küveytin neft naziri Anas əl-Saleh müsahibəsində bildirib. O qeyd edib ki, Küveyt hökuməti neft hasilatını artırmağa davam edəcək.

Nazirin fikrincə, 2016-ci ilin sonuna kimi neftin qiyməti 50 dollardan aşağı düşməyəcək. Anas əl-Saleh bazardakı "qara qızıl"ın qiymətlərindən razı olduğunu, bunun ölkəsi üçün əlverişli vəziyyət yaratdığını deyib. Qiymətin artmağına səbəb kimi Kanada, Liviya və Nigeriyada istehsalın azalması, bazarda isə neft ehtiyacının çoxalmasını göstərib.

 

Şərhlər