Elman Rüstəmov: "FES-in qərarı manatın məzənnəsinə güclü təsir etməyəcək"

Baş bankir milli valyuta ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.
Elman Rüstəmov - Mərkəzi Bankın sədri
Elman Rüstəmov - Mərkəzi Bankın sədri

ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə güclü təsir etməyəcək. Bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Elman Rüstəmov: "Bu gün manatın məzənnəsi valyuta bazarındakı tələb və təklif, həmçinin daxili və xarici fundamental faktorlar əsasında formalaşır."

Onun sözlərinə görə, FRS-in qərarı manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor deyil.

E.Rüstəmov bildirib ki, daha böyük faktorlar neftin qiyməti, Azərbaycanla qonşu ölkələrdə valyutanın məzənnəsi, eləcə də Azərbaycanın hazırda kifayət qədər sabit olan tədiyə balansının durumudur.

Elman Rüstəmov, həmçinin vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankı (AMB) manatın dollara nisbətdə məzənnəsinin nizamlanmasına müdaxilə etmir.

Onun sözlərinə görə, AMB üzən məzənnənin tətbiqi siyasətinə sadiq qalır: "Gördüyünüz kimi, bu gün Azərbaycan manatı möhkəmlənməkdə davam edir. Bu da ondan xəbər verir ki, Mərkəzi Bank manatın məzənnəsinə təsir göstərmir. Bu gün manatın məzənnəsi valyuta bazarındakı tələb və təklif, həmçinin daxili və xarici fundamental faktorlar əsasında formalaşır".

Azərbaycan Mərkəzi Bankının binası
Azərbaycan Mərkəzi Bankının binası

Azərbaycanda bank sektorunun dəqiq diaqnostikasının aparıldığını deyən baş bankirin sözlərinə görə, diaqnostika yekunlaşdıqdan sonra xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq.

"Hesab edirəm ki, ölkənin bütün makroiqtisadi strukturları - Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası - ölkədə maliyyə sabitliyinin təmin edilməsi üzrə birlikdə ciddi iş aparırlar. Bu işlərin nəticəsində xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq", - E.Rüstəmov deyib.

 

Şərhlər