Azərbaycan Polad İstehsalı Kompleksi ad gününü qeyd etdi

Qurumun yaradılmasından iki il keçir
“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin yaradılmasından 2 il keçir.

ANS PRESS-in məlumatına görə, 2013-cü ilin 23 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin yaradılması haqqında sərəncam imzalanıb.

Bu münasibətlə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də tədbir keçirilib. Tədbir iştirakçıları Cəmiyyətin inzibati binasında ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoymuş və xatirəsini dərin ehtiramla yad ediblər.

Heydər Əliyevin “Metallurgiyanın dirçədilməsi və inkişafı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanıması üçün vacib olan dövlət əhəmiyyətli strateji məsələdir” sözləri ilə təməli qoyulmuş Azərbaycanda qara metallurgiyanın inkişafı siyasəti möhtərəm Prezident İlham Əliyevin strateji iqtisadi qərarları ilə davam etdirilir. Cənab Prezidentin “Güclü metallurgiya sənayesinin yaradılması bizim gündəliyimizdədir və biz bunu edəcəyik” sözləri bu gün “Azərbaycan Polad İstehsalı Kompleksi”-nin fəaliyyətinin başlıca çağırışıdır.

Azərbaycanın iqtisadi yüksəliş tempinə uyğun olaraq qara metallurgiya sahəsində görülən işlər yaxın illərdə Azərbaycanı polad idxal edən ölkədən ixracatçı ölkəyə çevirəcəkdir.
Tədbirdə ölkə rəhbəri tərəfindən qarşıya qoyulan vəzifələri uğurla həyata keçirmək üçün Cəmiyyətin işçi heyətinin və maddi-texniki bazasının tam səfərbər olunacağı ifadə edilubdir.