Həftənin ilk günü neft ucuzlaşıb

Əlvan metalların qiymətində də cüzi tərəddüdlər var.
Neft yataqları
Neft yataqları

Neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan nefti hal-hazırda bazarda qiymət liderliyini qorumağa davam edir. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti azalıb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti azalaraq 48.54 dollara düşüb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin də qiyməti mənfi yöndə dəyişib - 48.16 dollar olub. "AzəriLayt" markalı neft qiymətdə ucuzlaşsa da hal-hazırda rəqiblərindən bir neçə dollar daha baha qiymətə - 50.40 dollara təklif olunur.

Neftin 23.05.16 tarixinə olan qiyməti
Neftin 23.05.16 tarixinə olan qiyməti

"Dünyada neftin qiymətinin kəskin surətdə aşağı düşməsi, əlbəttə, gəlirlərimizin azalmasına səbəb olub. Lakin ölkədə həyata keçirilən tədbirlər, büdcə konsolidasiyası, eləcə də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatlar ciddi risklərin azaldılmasına kömək edib". ANS PRESS-in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi ilə görüşdə prezident İlham Əliyev deyib. 

Prezident Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib. Əməkdaşlığımızın müxtəlif formatları əhatə etdiyini bildirən dövlət başçısı hazırda bu əməkdaşlığın yeni mərhələdə olduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycandakı iqtisadi inkişafla bağlı Beynəlxalq Valyuta Fondunun ölkəmizə verdiyi dəstəyi və tövsiyələrini yüksək dəyərləndirib. Dövlətimizin başçısı Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi missiyanın fəaliyyətinin ölkəmiz ilə bu qurum arasında əlaqələrin gücləndirilməsi və lazımi islahatların davam etdirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Bazarda "qara qızıl"ın qiyməti dəyişdikcə əlvan metallarda qeyri-stabil hərəkətlər davam edir. "Bloomberg"in bildirdiyinə görə, qızılın bir qramının qiyməti  azalaraq 40.33 dollar olub. Platinin bir qramının qiyməti isə artaraq 33 dollara, palladiumun qramı da ucuzlaşaraq 17.97 dollara düşüb. Gümüşün qiymətində isə dəyişiklik olmayıb - 1 qramı 0.54 dollara satılıb.

Əlvan metalların 23.05.16 tarixinə olan qiyməti
Əlvan metalların 23.05.16 tarixinə olan qiyməti
 

Şərhlər