Əlvan metallar bu qiymətə satılır

Dünya bazarlarında qızıl və gümüş ucuzlaşıb.
Qızıl
Qızıl

Bu günə olan qiymətli metalların qiymətləri bir qədər aşağı düşüb. "Bloomberg"in verdiyi məlumata görə, təkcə qızılın bir qramının qiyməti ucuzlaşaraq 40.90 dollar olub. Platinin bir qramı 31.48 dollar, palladiumun qramı isə 17.74 dollara qədər düşüb. Gümüşün qiyməti də azalıb, qramı 56 sentə satılıb.

22 iyuna olan qiymətli metalların qiyməti
22 iyuna olan qiymətli metalların qiyməti

"Qara qızıl"ın qiymətlərində fərqli yöndə dəyişmə müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Layt" markalı xam neftin qiyməti enib. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 48.85 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli 50.68 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 1.65 dollar ucuzlaşaraq 47.87 dollara alıcısını tapıb.

22 iyuna olan neftin qiyməti
22 iyuna olan neftin qiyməti
 

Şərhlər