Dollar yenə bahalaşır

ABŞ dolları manat qarşısında 7 günlük ucuzlaşmadan sonra bahalaşmağa başlayıb.
ABŞ dolları
ABŞ dolları

İyunun 22-nə manatın məzənnəsi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankından ANS PRESS-ə verilən məlumata görə, 22.06.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5270 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, iyunun 21-də USD/AZN rəsmi məzənnəsi 1,5240 səviyyəsində olub.

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.

21.06.2016 tarixinə olan USD/AZN rəsmi məzənnəsi
21.06.2016 tarixinə olan USD/AZN rəsmi məzənnəsi

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. 

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

 

Şərhlər