SOCAR-ın neft buruqları
"Qara qızıl"ın qiymətində müsbət yöndə dəyişiklik baş verib. Bir neçə gün ərzində müşahidə edilən ucuzlaşmadan sonra neftin qiyməti yenidən artmağa başlayıb.
ANS PRESS-in məlumatına görə, neft 50 dollara çatıb. Nyu-York birjasında Texas markalı neftin qiyməti 1,10% artıb və 48,53 dollara çatıb.
Brent markalı neftin bir bareli isə 0,93 % artıb və 49,77 dollar olub.