"TANAP-da işlər sürətləndirilib"

Türkiyə prezidenti azərbaycanlı tələbənin sualına cavab verdi.
Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti

"TANAP-la nəql olunacaq qaz Türkiyənin tələbatının böyük hissəsinin ödənilməsinə xidmət edəcək. Hazırda biz 6-7 milyard kubmetr civarında qaz alırıq. Təbii ki, bu, bizim üçün yetərli deyil və bizə daha böyük həcmdə qaz lazımdır. Biz bu həcmi 20-25-30 milyard kubmetrə çatdırmalıyıq". ANS PRESS-in məlumatına görə, bunu ötən gün gənclərlə görüşü zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan azərbaycanlı tələbənin sualına cavab verib. 

O deyib ki, TANAP layihəsi üzrə işlər sürətləndirilib. İnşaat işləri sürətlə aparılır. "Layihənin reallaşması ilə biz qaza olan ehtiyacımızı tam ödəyəcəyik. Bununla yanaşı, Avropaya da qaz nəql olunacaq".

Dövlət başçısı Azərbaycan ilə enerji sahəsində layihələrin, əməkdaşlıqların davam edəcəyini deyib. 

Türkiyə prezidenti Bakı-Tiflis-Qars layihəsindən də danışıb. O deyib ki, bu layihə Azərbaycan, Gürcüstan və Türkiyə arasında çox önəmli bir layihədir. "Bu ilin sonunda dəmiryolunun açılışını edəcəyik. Bu açılış bizim əməkdaşalığımızı daha da möhkəmləndirəcək. Bundan sonra da İpək Yolu layihəsi həyata keçirilmiş olacaq". 

Adıçəkilən boru xətti Azərbaycan-Gürcüstan-Türkiyə ərazisindən keçməklə tikintisi davam etdirilən TAP qaz boru xəttinə qoşulacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq.

İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq.

 

Şərhlər