Bazarda "qara qızıl"ın qiyməti artdıqca əlvan metallar ucuzlaşmağa davam edir. ANS PRESS-in "Bloomberg"ə istinadla bildirdiyinə görə, qızılın bir qramının qiyməti azalaraq 40.44 dollar olub. Platinin bir qramının qiyməti azalaraq 32.72 dollara, palladiumun qramı da ucuzlaşaraq 17.97 dollara düşüb. Gümüşün qiymətində isə dəyişiklik olmayıb - 1 qramı 0.54 dollara satılıb.
Azərbaycan nefti hal-hazırda neft bazarında qiymət liderliyini qorumağa davam edir. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti artıb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti artaraq 49.17 dollara çatıb. Nyu-York Əmlak Birjasında isə "Layt" markalı neftin qiyməti də müsbət dəyişərək 1 dollar bahalaşıb - 48.63 dollar olub. "AzəriLayt" markalı neft qiymətini qoruyaraq 51.16 dollara satılıb.