Azərbaycan neftinin qiyməti 51 dolları keçdi

"AzəriLayt"in hər barrelinin qiyməti artıq 51.16 ABŞ dollarıdır.
Dənizdə neft yatağı
Dənizdə neft yatağı

Azərbaycan nefti halhazırda neft bazarında qiymət liderliyini qorumağa davam edir. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti aşağı düşüb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti 1.21 dollar azalaraq 48.23 dollara çatıb. "Layt" markalı neftin qiyməti də azalaraq 47.61 dollara düşüb. "AzəriLayt" markalı neft isə bazardakı rəqiblərini ötərək 51.16  dollar olub.

19.05.16 tarixinə olan neft qiymətləri
19.05.16 tarixinə olan neft qiymətləri

Əlvan metalların qiyməti isə az fərqlə dəyişib. "Bloomberg"in bildirdiyinə görə, qızılın bir qramının qiyməti  azalaraq 40.57 dollar olub. Platinin bir qramının qiyməti 2-ci gündür ki, azalaraq 33.05 dollara, palladiumun qramı da ucuzlaşaraq 18.48 dollara düşüb. Gümüşün qiymətində isə dəyişiklik olmayıb - 1 qramı 0.55 dollara satılıb.

19.05.16 tarixinə olan əlvan metalların qiyməti
19.05.16 tarixinə olan əlvan metalların qiyməti

Dünyanın əsas maliyyə oyunçusu, amerikalı milyarder Corc Sorosun ABŞ səhmlərindən imtina edərək qızıl bazarına sərmayə yatırması maliyyə dairələrində həyəcəna səbəb olub.

ANS PRESS-in məlumatına görə, Corc Sorosa məxsus "Soros Fund Management"in 2016-cı ilin yekunları üzrə hesabatına əsaslanan analitiklər bunu Çin və Rusiyanın ABŞ dollarına qarşı başladığı  müharibənin ilk xəbərdarlığı kimi qəbul ediblər.

"Soros Fund Management"in saytında yerləşdirilmiş sərmayə yatırımları üzrə rüblük hesabatdan görünür ki, fond Amerika qiymətli kağızlar bazarından çıxır və əlvan metallarla işləyən şirkətlərdən pay almağa başlayır.

2016-cı ilin birinci rübündə Soros fondunun satdığı səhmlərin qiyməti 37%-ə qədər ucuzlaşıb. Fond bəzi şirkətlərin səhmlərindən  bütünlüklə imtina edib. Məsələn, fond telekommunikasiya nəhəngi "Level 3 Communications"u tamamilə tərk edib. Halbuki , 2015-ci ilin dekabr ayında bu şirkətin 173 milyon dollarlıq səhminə sahib idi. Həmçinin Soros fondu «Dow Chemicals» kimya konserninin 161 milyon dollarlıq səhmindən azad olub.

 

Şərhlər